17 İyun 2015 16:29
733
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Süleyman Dəmirəlin vəfatı ilə əlaqədar baş nazir Ərdoğana başsağlığı məktubu göndərib. Teleqraf.com başsağlığı məktubunu olduğu kimi təqdim edir:

“Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Görkəmli dövlət xadimi və ictimai-siyasi xadim, Türkiyə Respublikasının 9-cu Prezidenti Süleyman Dəmirəlin vəfatı xəbəri bizi olduqca kədərləndirdi.

Süleyman Dəmirəl bütün həyat və fəaliyyətini doğma Türkiyənin rifahına həsr edib. O, Türkdilli xalqlar və dövlətlər arasında əməkdaşlığın dərinləşdirilməsinə böyük töhfələr verib. Süleyman Dəmirəl eyni zamanda Azərbaycan xalqının əsl dostu idi. Azərbaycana qəlbən bağlılığı onun müstəqilliyimizə dəstəyində, Azərbaycan-Türkiyə qardaşlığının möhkəmlənməsi sahəsində xidmətlərində öz ifadəsini tapıb.

Bu ağır itki ilə əlaqədar Sizə, qardaş Türkiyə xalqına, eləcə də mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və kədərinizi bölüşürük”.


Müəllif:

Oxşar xəbərlər