Türkiyənin Gömrük və Ticarət naziri Cenap Aşçı Azərbaycana rəsmi səfərə gəlib.
Teleqraf.com-un məlumatına görə, türkiyəli nazir və nümayəndə heyəti Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevlə birgə oktyabrın 2-də ümummilli lideri Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib.
Daha sonra türk şəhidlərinin xatirəsinə qoyulmuş abidə ziyarət olunub.
Hazırda türkiyəli nazirin Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevlə görüşü başlayıb. Görüş zamanı iki ölkə arasındakı mövcud gömrük və ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi kimi məsələlər müzakirə olunacaq.
Naibə QURBANOVA