Azərbaycanda tolerantlıq, din-dövlət arasındakı münasibətlər ən yüksək səviyyədə qurulub.
Trend-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Aşura günü ilə bağlı bu gün keçirilən qanvermə aksiyasında jurnalistlərə bildirib.
Şeyxülislam A.Paşazadə bildirib ki, Heydər Əliyevin qurduğu din-dövlət münasibətləri, ölkədə dinə olan münasibət və dinin də dövlətə olan münasibətləri bəllidir: "Heydər Əliyev elə bir bünövrə qoyub ki, müstəqilliyimiz davam etdikcə din-dövlət münasibətlərində də heç bir dəyişiklik olmayacaq. Azərbaycanda tolerantlıq, din-dövlət arasındakı münasibətlər ən yüksək səviyyədə qurulub. Bu gün də Prezident İlham Əliyev tərəfindən din-dövlət münasibətləri ən yüksək səviyyədə uğurla davam etdirilir".