27 Noyabr 2015 17:58
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nardaranda elektrik enerjisinin verilişi dayandırılıb.

Faktı Trend-ə “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Tanrıverdi Mustafayev təsdiqləyib.

O bildirib ki, elektrik enerjisinin verilişi abonentlərin borcuna görə dayandırılıb.

T.Mustafayev qeyd edib ki, təmsil etdiyi qurum bununla bağlı bir müddət əvvəl xəbərdarlıq edib: “Biz bir neçə gün əvvəl bütün borclu abonentlərə xəbərdarlıq etmişdik. Bir daha qeyd edirik ki, borcu olan abonentlərə elektrik enerjisinin verilişi dayandırılacaq”.


Müəllif: