6 Dekabr 2015 14:23
594
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qəza baş verən özüldə 63 nəfər olub. Onlardan 33 nəfər xilas olub. Bir nəfərin cəsədi çıxarılıb. 29 nəfərin axtarışı davam edir".

Teleqraf.com Report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Kadr Rejim və İnformasiya Texnologiyaları üzrə vitse-prezidenti Xaliq Məmmədov bildirib.


O, qeyd edib ki, Qazaxıstan, İran və Rusiya sərhəd qoşunlarından xahiş olunub ki, cəsədlər o ölkələrin sahilində tapılarsa xəbər versinlər.


Onun sözlərinə görə, hazırda Xəzər Dəniz donanmasının, Sərhəd qoşunlarının gəmiləri, Sərhəd qoşunlarının 7 helikopteri və 4 FHN helikopteri havadadır.


Müəllif:

Oxşar xəbərlər