8 Dekabr 2015 16:29
990
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yükaşırma xidmәtlәrinin tariflərinin yuxarı həddi təsdiq edilib

Ölkənin tranzit cəlbediciliyinin artırılması və tranzit yükdaşımaları üçün daha əlverişli şəraitin yaradılması məqsədilə tranzit xidmətlərinin tənzimlənməsi prosesi davam etdirilir.

Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası tərəfindən “Azərbaycan Dəmir Yolları” QSC-nin, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin və ölkənin dəniz terminallarının təklifləri nəzərə alınmaqla neft və neft məhsullarının Azərbaycan Respublikası ərazisindən ayrı-ayrı istiqamətlər üzrə dəmir yolları vasitəsilə tranzit daşınması və dəniz terminallarının bu sahədə göstərdiyi yükaşırma xidmәtlәrinin tariflərinin yuxarı həddi təsdiq edilib.

Tarif Şurasından Teleqraf.com-a verilən məlumata görə, tariflərə neft və neft məhsullarının tranzit daşınması və həmin yüklərin aşırılması xidmətləri ilə bağlı bütün ödənişlər daxildir.

Bununla belə, aidiyyəti xidmət göstərən subyektlər tərəfindən tariflərə 30 faizədək güzəştlər tətbiq edilə bilər. Tranzit dəhlizlərinə əlavə yüklərin cəlb edilməsinin stimullaşdırılması məqsədilə xidmət subyektlərinin müraciəti əsasında yüklərin tranzit daşınması və həmin yüklərin aşırılması xidmətləri üzrə güzəştlərin 30 faizdən artıq müəyyən edilməsi məsələsinə Azәrbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrә Koordinasiya Şurası tərəfindən baxıla bilər.

Koordinasiya Şurasının qərarına əsasən, neft və neft məhsullarının tranzit daşınması və həmin yüklərin aşırılması xidmәtlәri üzrə nəqliyyat-ekspedisiya xərcləri təsdiq olunmuş tariflərin üzərinə 2 faizədək əlavənin edilməsi yolu ilə hesablanır. Müqavilə qiymətinin dəyəri ümumilikdə təsdiq edilmiş tariflərdən və nəqliyyat-ekspedisiya xərclərindən çox olmamalıdır. Yeni tariflər 3 dekabr 2015-ci il tarixdən qüvvədədir.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər