15 Dekabr 2015 18:17
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Gənclər və idman komitəsinin üzvləri Dünya Şotokan Karate Federasiyasının baş təlimatçısı, Şxan Hitosi Kasuya ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, komitənin sədri Fuad Muradov qonağı parlamentdə salamlayaraq, bu görüşün idmanın təbliği baxımından əhəmiyyətli olduğunu söylədi. Bildirildi ki, Azərbaycanda idmanın inkişafına dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir. Gənclər arasında sağlam həyat tərzinin və hərbi vətənpərvərlik ruhunun aşılanmasında idman önəmli rol oynayır. İdmançılarımız müxtəlif beynəlxalq yarışlarda fəal iştirak edir və böyük uğurlar qazanırlar. Komitə sədri İlk Avropa Oyunları barədə söhbət açaraq, qeyd etdi ki, bu cür tədbirlər Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsində mühüm əhəmiyyət kəsb edir.

Söhbətdə komitə sədri parlamentdə idmanın inkişafı üçün görülən işlərdən danışdı.
Görüşdə iştirak edən parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxışında bildirdi ki, Azərbaycanda idmana göstərilən dövlət qayğısı yüksək səviyyədədir. Ölkə oprezidentinin rəhbərliyi ilə həyatın bütün istiqamətlərində olduğu kimi, idman sahəsində də mühüm nailiyyətlər əldə edilib. Qeyd edildi ki, ölkəmizdə karate idman növü geniş şəkildə təbliğ edilir. Qafqazda bu idman növü üzrə fəaliyyət göstərən ən güclü məktəb Azərbaycandadır.

Dünya Şotokan Karate Federasiyasının baş təlimatçısı, Şxan Hitosi Kasuya səmimi görüşə görə minnətdarlığını ifadə etdi. Azərbaycanda idmanın inkişafını, xüsusilə karate növünün geniş yayılmasını təqdirəlayiq hesab etdi. Karate üzrə dünya yarışlarında idmançılarımızın yüksək göstəricilərə nail olduğunu vurğuladı. Qonaq karatenin insanı həm fiziki cəhətdən möhkəmləndirdiyini, həm də onda gözəl mənəvi xüsusiyyətlərin formalaşdırdığını söylədi. O, idmanın bu növünə uşaqların və gənclərin daha çox cəlb edilməsinin əhəmiyyətindən danışdı.

Söhbət zamanı komitə üzvləri Ülvi Quliyev, Sevinc Hüseynova, millət vəkili, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev bildirdilər ki, ölkəmizdə idmana, o cümlədən karate növünə böyük maraq var. Mötəbər yarışlarda iştirak edib, qələbə qazanan idmançılarımız Azərbaycanı dünyada tanıdıblar. Deputatlar, həmçinin, Yaponiya ilə Azərbaycan arasında idman sahəsində birgə layihələrin həyata keçirilməsinin vacibliyindən danışdılar.

Görüşdə komitə üzvləri Naqif Həmzəyev, Elşad Həsənov, Şahin İsmayılov, tanınmış karate ustası Rafael Ağayev iştirak edirdilər.

Nemət


Müəllif:

Oxşar xəbərlər