18 Dekabr 2015 11:00
500
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev dekabrın 25-də saat 11:00-da Şirvan şəhərində Şirvan Gömrük İdarəsinin inzibati binasında bu bölgədən olan vətəndaşları qəbul edəcək.

DGK-nın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən rayonların - Şirvan, Hacıqabul, Sabirabad, Saatlı rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar dekabrın 24-ü saat 11:00-dək “195” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi, Şirvan Gömrük İdarəsi ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər