Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Günəşli” platformasında baş vermiş yanğının ətraf mühitə təsiri ilə bağlı aparılan monitorinqlərin ilkin nəticələrini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bununla bağlı keçirilən tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova hazırda da təşkil olunan qrup hadisə yerində işlədiyini deyib: “Yataq ərazisində olan 28 yataq fəaliyyətdə olub. Bu yataqlar qazlift üsulu ilə işləyib. Hadisə baş verən zaman qaz verilişini kənardan idarə edilən qurğular vasitəsilə fəaliyyəti dayandırılıb. Qaz və neft məhsulları atmosferə atılıb, suya mənfi təsiri yoxdur. Xəzər ekoloji monitorinq idarəsi və ətraf mühitinin mühafizəsi idarəsi tərəfindən hadisə baş verən kimi operativ qrup yaradılıb. Hazırda da həmin qrup hadisə yerində işləyir”.
10 saylı özül yaxınlığında monitorinq aparan Ətraf mühitin mühafizəsi Departamentinin sektor müdiri Mirsalam Qəmbərov aparılan monitorinqlərin nəticəsini açıqlayıb. “Baş verən hadisə nəticəsində 28 quyu olub, onlardan 7-si qaz quyusu olub, onlarda kondensat olub. Əmələ gələn kondensat yanır, atmosfer çirklənməyə məruz qalır. Lakin dəniz suyu çirklənmir. Sudan götürülən nümunələrin laborator müayinəsi aparılır. Onların nəticəsinə əsasən deyə bilərik ki, neft Xəzərin suyunu çirkləndirməyib. Müvafiq qurumların texniki vasitələrlə tam təmin edildiyinə görə, baş verəcək hər hansı hadisə nəticəsində ekologiyanın pozulmasını istisna edir. Hadisənin qarşısını almaq üçün hansı tədbirlər görmək lazımdırsa, görülür.
İLHAMƏ