Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.
Teleqraf.com Şuranın saytına istinadən xəbər verir ki, iclasda "Space" televiziyasında yayımlanan “Sevimli şou” və “Məhəbbət əhvalatları” verilişləri müzakirə edilmiş, həmin verilişlərin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, efir mədəniyyətinə zidd olduğu xüsusi vurğulanıb. Eyni zamanda bu cür verilişlərin tamaşaçıların haqlı narazılığına səbəb olduğu qeyd edilib.
"Space" televiziyasında yayımlanan “Sevimli şou” və “Məhəbbət əhvalatları” verilişlərində teleradio fəaliyyətinin əsas prinsiplərinin, proqrama verilmiş tələblərin pozulduğu nəzərə alınaraq “Space” televiziyasına xəbərdarlıq elan edilib.
Qeyd edək ki, hər iki proqramın aparıcısı Mikayıl Güləddinoğludur.