24 Dekabr 2015 14:05
574
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 24-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Teleqraf.com Prezidentin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ona xalqımızın rifahı və əmin-amanlığı naminə fəaliyyətində yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev təbrikə və diqqətə görə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana minnətdarlığını bildirib.

Söhbət zamanı dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.


Müəllif:

Oxşar xəbərlər