15 Yanvar 2016 18:30
591
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev akademik Vəli Axundovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

2016-cı ilin may ayında Azərbaycanın görkəmli alimi və tanınmış ictimai-siyasi xadimi, akademik Vəli Yusif oğlu Axundovun anadan olmasının 100 illiyi tamam olur.

Vəli Axundov uzun illər dövlət idarəçiliyi sahəsində ən məsul vəzifələrdə çalışarkən təqdirəlayiq fəaliyyət göstərib və tibb alimi kimi respublikada səhiyyə işinin təşkilinə töhfələr verib.

Sərəncamda qeyd olunur ki, Azərbaycan elminin inkişafında və ölkənin ictimai-siyasi həyatında mühüm xidmətləri olan akademik Vəli Axundovun 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsini təmin etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi Səhiyyə Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə akademik Vəli Axundovun 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.


Müəllif: