29 Yanvar 2016 10:39
1 838
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq və Azəbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmadıqca bölgədə vəziyyət normallaşa bilməz".

Teleqraf.com-un xəbərinə görə, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun deyib. Onun sözlərinə görə, münasibətlərimizə zərər verəcək qüvvələr hər zaman diqqətdə saxlanılmalıdır: "İkitərəfli münasibətlərimizə qəsdən zərər vermək istəyən qüvvələrə imkan verməməliyik".

Səfir AŞPA da Dağlıq Qarabağla bağlı qətnamələrin qəbulu üçün keçirilən səsvermə zamanı bəzi türk deputatların həmin qətnamələrin lehinə səs verməməsinə də toxunub. Diplomat qeyd edib ki, deputatların sesvermə məsələsinə mövqe bildirə bilməyəcək: "80 milyon Türkiyə vətəndaşı Azərbaycan adına, qardaş ölkəyə qarşı çox həssas yanaşır. İstər rəsmi, istərsə də qeyri-rəsmi qurumlarda insanlar bir araya gələrək Azərbaycanla bağlı hər hansı məsələyə necə mane ola bilərik deyə müzakirə aparmır. Əksinə, Azərbaycana daha yaxşı necə kömək edə bilərik istiqamətində müzakirələr aparılır. Bu, Türkiyə dövlətinin siyasətindən əlavə Türkiyə vətəndaşlarının həssaslığıdır. 80 milyon əhalininin 100 faizə yaxını Azərbaycan məsələsində çox həssaslıq nümayiş etdirir. Bu dövlət siyasətindən yüksək bir məsələdir".

Nərgiz


Müəllif: