30 Yanvar 2016 18:18
571
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan müxalifət düşərgəsində xüsusi dəsti-xətti olan Liberal Partiyanın sədri Əvəz Temirxan maraqlı vəziyyətə düşüb.

Bu barədə Temirxana yaxın şəxslər məlumat verib. Belə ki, yanvarın 24-də müxalifətin bir qisminin ADP qərargahında toplantısı keçirilib. Həmin toplantıya Liberal Partiyanın sədri Ə.Temirxan da dəvət edilib. Toplantı saat 14.00-da başlamalı olsa da, Liberal Partiyanın sədri ADP qərargahına saat 12.00-da gəlib. Burada ona məlum olub ki, tədbirin keçiriləcəyi saatı səhv salıb. Temirxan bir müddət ADP qərargahında olub, burada ADP-nin funksionerləri ilə söhbət edib.

Lakin sonra görüb ki, tədbirin keçirilməsinə hələ xeyli zaman var. Üstəlik bəllidir ki, müxalifətin tədbirləri elan olunduğu saatdan azı 40 dəqiqə gec başlayır. Odur ki, Əvəz Temirxan ADP qərargahını tərk edərək tədbirdə iştirak edə bilməyib.

Cavidan


Müəllif: