Müdafiə Nazirliyi yerli istehsal olan, Azərbaycanda yığılan və quraşdırılan nəqliyyat vasitələrinə, hərbi və xüsusi texnikaların istifadəsinə daim üstünlük verir. Son iki ildə qoşunlar Azərbaycanda hazırlanan yüksək keçidli, praktiki baxımdan sərfəli, qənaətcil və yerli iqlim şəraitinə cavab verən MAZ, KamAZ markalı təkərli avtomobil və xüsusi texnika ilə təmin olunub. Bu texnikalar qısa müddətdə sınaqdan çıxarılıb və müsbət rəy qazanıb.
Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilir ki, artıq 1 ildən çox müddətdir ki, qoşunlarda, həmçinin NAZ-Lifan markalı minik avtomobillərindən də istifadə edilir və onlar da öz praktikliyini sübut ediblər.
Yaxın vaxtlarda sərəncamdakı sıradan çıxmış, yaxud istismar müddəti bitmiş və qeydiyyatdan silinməyə hazırlanan minik avtomobillərinin yerli istehsal olan NAZ-Lifan maşınları ilə əvəzlənməsi nəzərdə tutulub. İlkin mərhələdə bu tip 50 avtomobilin alınması planlaşdırılır.