Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev Sumqayıtda sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.
Fondun İctimaiyyətlə əlaqələr sektorundan Teleqraf.com-a verilən məlumata görə, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev 18 fevral 2016-ci il tarixdə, saat 11:00-da Fondun Sumqayıt şəhər şöbəsinin inzibati binasında Sumqayıt şəhərinin, Abşeron, Xızı, Qobustan və Qubadlı rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.
Qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar Dövlət Sosial Müdafiə Fondunun [email protected] elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:
Fondun Aparatında (012) 434-12-34
Sumqayıt şəhər şöbəsində (018) 65-15-15
Abşeron rayon şöbəsində (012) 342-96-06
Xızı rayon şöbəsində (02331) 5-01-64
Qobustan rayon şöbəsində (02024) 5-22-30
Qubadlı rayon şöbəsində (01856)5-41-37
Qəbulda iştirak edəcək vətəndaşların fevralın 18-də Fondun müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.