Bu gün Klassik Xalq Cəbhəsi Partiyasının İdarə Heyətinin növbəti yığıncağı keçirilib.
Teleqraf.com xəbər verir ki, toplantıda qərarların icra vəziyyəti müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.
İdarə Heyətinin yığıncağında təşkilatlanma məsələləri geniş müzakirə olunub və təşkilat şöbəsinə təşkilatlanma işinin daha da gücləndirilməsi tapşırılıb. Yığıncaqda 19 fevral 2016-cı il saat 1730-da Bakı şəhər və ərazisi işğal olunmuş rayon - şəhər şöbələrinin genişləndirilmiş müşavirəsinin keçirilməsi qərara alınıb.
Cavidan