8 Mart 2016 12:38
648
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015-ci ildə Dövlət Sərhəd Xidməti (DSX) odlu silah və döyüş sursatlarının, partlayıcı maddələrin istehlakı, saxlanılması, oğurlanması və satılmasına qarşı mübarizə tədbirlərini gücləndirib.

Teleqraf.com-un məlumatına görə, bu barədə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabat”da bildirilir.

Hesabatda qeyd olunub ki, keçirilən tədbirlər nəticəsində ötən il 9 tüfəng, 3 tapança, 9 pnevmatik tapança, 1 pnevmatik avtomat, 3 travmatik tapança, 6 elektrokeyləşdirici, 3 əl qumbarası, 2 tank əleyhinə mina, 1 gecəgörmə cihazı, 645 müxtəlif ölçülü patron, 84,5 kiloqram barıt, 1 kiloqram 36 qram kalium-permanqanat, 14 radiostansiya, 63 hərbi geyim əşyası aşkar edilərək götürülüb.

Bununla yanaşı, sərhədçilər Azərbaycana qarşı aparılan ideoloji pozuculuq fəaliyyətinin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində respublikamıza göndərilmiş 9030 müxtəlif növ zərərli təbliğat-təşviqat vasitələri və 48 DVD diski aşkarlayıblar.

Azərbaycan sərhədçiləri narkotik maddələrin qaçaqmalçılığı ilə mübarizə tədbirləri nəticəsində dövlət sərhədindən keçirməyə cəhd göstərilərkən 165 kiloqram 185 qram narkotik maddə aşkar edərək götürüblər. "Xaş Xaş-2015" şərti adı altında keçirilən tədbirlər nəticəsində yabanı halda bitmiş 21,1 ton narkotik tərkibli bitki yığılaraq məhv edilib.


Müəllif:

Oxşar xəbərlər