31 Mart 2016 22:03
812
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu gün 65 yaşında vəfat edən dünya şöhrətli memar, London Olimpia üzkçülük mərkəzi və Bakıdakı Heydər Əliyev Mərkəzi layihələrininn müəllifi Zaha Hadidin ölümündən təsirləndiyini qeyd edib.

Teleqraf.com-un məlumatına görə, Leyla Əliyeva Zaha Hadidə rəhmət diləyib. O, özünün instaqram səhifəsində yazıb: "Zaha Hadid dünyanın ən istedadlı və füsünkar qadınlarından biri idi. Allah rəhmət eləsin!"

Tanınmış memar Zaha Hadid 65 yaşında vəfat edib.

O London Olimpia üzkçülük mərkəzi və Bakıdakı Heydər Əliyev mərkəzi kimi layihələrin müəllifidir. İraqda doğulan britaniyalı dizayner martın 31-də Mayami xəstəxanasında ürək tutmasından ölüb. O, bronxit xəstəliyindən əziyyət çəkirdi. Zaha Hadid Britaniya Arxitektorları Kral İntitutunun qızıl medalına layiq görülmüş ilk qadındır.


Müəllif:

Oxşar xəbərlər