4 Aprel 2016 21:53
808
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hər bir azərbaycanlı kimi ordumuzun cəbhə xəttində qəhrəmanlığı bizi qürurlandırır, fərhləndirir”.

Bu sözləri Teleqraf.com-a xalq artisti Faiq Ağayev deyib: “Əsgərlərimizin və valideynlərinin qarşısında baş əyirəm. Belə sücayət göstərmək üçün Azərbaycan tərbiyəsi almaq lazımdır. Ordumuzun qəhrəmanlığı bizi çox sevindirir. Onlara baxıb ürəyim dağa dönür. Bu gün müdafiə nazirliyi əhaliyə müraciət etdib və təşəkkürünü bildirib ki, könüllərə Azərbaycan ordusunun hələ ki, ehtiyacı yoxdur. Çünki döyüşçülərimiz cəbhə xəttində o qədər sücayətlə döyüşürlər ki, əlavə fiziki qüvvəyə ehtiyac yaranmır. Bu o deməkdir ki, mərd oğullarımız var. Dünyanın bütün ölkələrində azərbaycanlılar küçələrə tökülüşüblər ki, mübarizə etmək, Azərbaycan torpaqlarını uğrunda mübarizəyə hazır olduqlarını bildirirlər”.

Rəqsanə


Müəllif: