Xarici işlər naziri Elmar Məmmədyarov Rusiyaya səfər edəcək.
Teleqraf.com xəbər verir ki, nazir sabah Moskvada keçiriləcək MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasına qatılacaq.
Gündəliyə MDB ölkələrinin müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətinin müzakirəsi daxildir. Nazirlər MDB-nin 2015-ci il üçün çoxsəviyyəli XİN-lərarası məsləhətləşmələr planının reallaşdırılmasını müzakirə edəcək və 2016-cı il üçün analoji plan təyin edəcəklər.