Rusiya prezidenti Vladimir Putin canlı yayım zamanı Dağlıq Qarabağ münaqişəsinə də toxunub.
Teleqraf.com xəbər verir ki, o, son günlər qoşunların təmas xəttində baş verən gərginlikdən təəssüfləndiyini deyib: "Bu çox incə məsələdir. Buna çox ehtiyatla yanaşamaq lazımdır. Bu, uzun sürən münaqişədir. Çox təəssüf ki, bu yaxınlarda gərginlik yarandı. Biz bu münaqişənin həlli üçün əlimizdən gələni edəcəyik. Münaqişənin həlli üçün kompromis vacibdir".
Putin qeyd edib ki, Rusiya bu münaqişənin həllində maraqlıdır: "Rusiyada çox sayda azərbaycanlı və erməni yaşayır. Son qərar Azərbaycan və Ermənistan xalqlarından asılıdır".
Samir