19 Aprel 2016 23:51
1 419
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ermənistan İsrail dronlarından yaman qorxur. Çünki, 2-6 tarixlərindəki müharibədə İsrail dronları Ermənistanın işğalçı qüvvələrinə böyük zərbələr endirdi və separatçılar xeyli itki verdi".

Bu açıqlama ilə siyasi ekspert Elxan Şahinoğlu çıxış edib.

Onun sözlərinə görə, İsrail hərbi komandanlığı dronların Dağlıq Qarabağdakı döyüşlərdə özünü necə göstərməsiylə maraqlanıblar: " Bu İsrailin hərbi-sənaye kompleksinin də xeyrinədir. Çünki, Dağlıq Qarabağdakı döyüşlərdə özlərini müsbət tərəfdən göstərən dronlara tələbat artacaq. İsrailin Azərbaycana tank aleyhinə xüsusi lazerli raketləri satdığı da xəbərlər arasındadır. Azərbaycan və İsrailin silah razılaşmalarının ümumi dəyəri 5 milyard dollar təşkil edir".

Politoloqa görə, Azərbaycanın hələ də İsraildə səfirliyi yoxdur: "Bu faktordan Ermənistan öz maraqları üçün istifadə etməyə çalışır. Ermənistan və erməni lobbisi israilli rəsmilərin İrəvana səfərlərinin sayını artırmağa çalışır (İsrail parlamentinin vitse-spikeri aprel ayının əvvəlində İrəvanda olmuşdu), İsrailin özündə isə anti-türk təbliğatını gücləndirirlər. Azərbaycan rəsmiləri qeyri-rəsmi söhbətlərdə İsraildə səfirliyin açılmasının gecikdirilməsini İran faktoru ilə əlaqələndirir. Ancaq bu faktor artıq aktual deyil. Birincisi, İranın özü Qərb dünyası ilə münasibətləri normallaşdırır, ikincisi rəsmi Bakı bundan sonra da İsraildən silah almaq və İrəvanın İsraildəki lobbi fəaliyyətini ənəglləmək istəyirsə bu ölkədə mütləq şəkildə səfiri olmalıdır. Azərbaycan silahı İrandan almır, İsraildən alır və silahların böyük effekti var. Buna görə Tehran Bakıya təzyiq edə bilməz ki, Azərbaycan ordusunda İsrail istehsalı olan silahların sayı niyə çoxdur? Əksinə bəlkə də Dağlıq Qarabağdakı döyüşlərdən sonra Tehran da İsrail dronlarına valeh qaldı".


Müəllif:

Oxşar xəbərlər