29 Aprel 2016 13:26
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu gün Azərbaycanda təhsil sahəsi üzrə cəmi 105 patent qeydə alınıb və bu çox az rəqəmdir”.

Teleqtraf.com xəbər verir ki, bu barədə təhsil naziri Mikayıl Cabbarov AMEA-da keçirilən iclasda bildirib.

Nazirin sözlərinə görə, Azərbaycanda 2010-cü ildə qəbul edilən ali təhsil müəssisələrin maliyyələşmə mexanizminə yenidən baxılmalıdır: “Həmin maliyyələşmə mexanizminə görə keyfiyyətli elmi fəaliyyətin dəstəklənməsi mexanizimindən məhrumuq. Hazırda ali məktəblərdə adambaşına maliyyələşmə tətbiq edilir.

Bu gün ali təhsil müəssisələrində keyfiyyət, tələbələrin sayı əsas tutulur. Çalışmalıyıq ki, ali məktəblər öz elmi tədqiqat işlərini həyata keçirmək üçün ayrı imkana malik olsunlar”.

Təhsil və elmin birgə fəaliyyətində hələ də həllini gözləyən problemlər olduğunu deyən Mikayıl Cabbarov qeyd edib ki, əsas məsələlərdən biri ali məktəblərdə patent və ixtiralarla bağlıdır: “Bu gün Azərbaycanda təhsil sahəsi üzrə cəmi 105 patent qeydə alınıb və bu çox az rəqəmdir. Ali təhsildə fəaliyyət göstərən həmkarların sənaye istehsalla, biznes sahələri ilə əlaqələri gücləndirilməlidir.

Digər məsələ isə elmi tədqiqat nəticələrinin tədqiqi ilə bağlıdır. Ali məktəblərdə yerinə yetirilən nəticələr əsasən tədris proseslərində istifadə edilir. Bunlar müəssisələr tərəfindən qəbul edilmir və ya səmərə vermir”.

İlhamə Əbülfət


Müəllif:

Oxşar xəbərlər