4 May 2016 12:09
1 050
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Lazım gəlsə, Türkiyə təkbaşına Suriyaya quru qoşunları göndərəcək".

Teleqraf.com xəbər verir ki, bunu "Əl Cəzirə" telekanalına müsahibəsində Türkiyənin Baş naziri Əhməd Davudoğlu deyib.

Baş nazir son günlər Suriya ərazisindən Türkiyənin atəşə tutulması məsələsinə diqqət çəkib: "Suriyadan atılan bombalar Türkiyənin bu ölkə ilə bağlı siyasətinə təsir etməyib. Türkiyə Bəşər Əsədin legitimliyini qəbul etməyəcək. Çünki o hələ də xalqını öldürməkdə davam edir. Onun siyasəti 3 milyon suriyalını evindən edib.

İŞİD Türkiyənin Kilis bölgəsini bombalayır. Türkiyə ordusu buna cavab olaraq terrorçuların sığınacaqlarına zərbələr endirir. Dünyanın heç bir ölkəsi Türkiyə qədər İŞİD ilə mübarizə aparmır. Belə terror təşkilatının sərhədlərimizdə olması Türkiyə üçün böyük təhlükədir".

Samir


Müəllif:

Oxşar xəbərlər