11 May 2016 19:53
749
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprel ayında Rusiyada ən çox müzakirə olunan mövzu Dağlıq Qarabağdakı dörd günlük müharibə olub.

Virtualaz.org bildirir ki, bu barədə KİV-də dərc olunan xəbərlərin monitorinqində və analizində ixtisaslaşmış «Medialogiya» şirkətinin press-relizində deyilir.

Şirkətin məlumatına əsasən, sosial şəbəkə istifadəçiləri Dağlıq Qarabağdakı hərbi əməliyyatlarla bağlı səhifələrində təxminən 477 min keçid paylaşıblar. İkinci yeri 283 min keçidlə «Panama dosyesi» tutur. Məşhurluğuna görə üçüncü xəbər Vladimir Putinin Mİlli qvardiya yaratması olub.


Müəllif: