16 May 2016 14:37
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

2013-cü ildən efirə gedən ən reytinqli “Bir ailəm var” və “Həyat, sən nə qəribəsən” serialları sona çatır.

Teleqraf.com xəbər verir ki, seriallar iyun ayının 2 və 3-ü tarixində Azərbaycan teleməkanında ilk dəfə canlı final yayımı ilə sona çatacaq.

“Xəzər” televiziyasının xüsusi layihəsi olaraq efirə gedən hər iki serialda 85 nəfər əsas rollara, 2500 nəfər aktyor, aktrisa isə epizodik rollara çəkilib. Onların arasında Həmidə Ömərova, Nurəddin Mehdixanlı, Suğra Bağırzadə, Hacı İsmayılov, Rada Nəsibova, Asya Atakişiyev, Tural Baxış, Günel Həmidova, Kənan Yusifov da var.

Həftədə beş gün efirə getmiş seriallar mövsümü 560 və 467 bölümlə bitirirlər. Ümumilikdə hər iki serial üçün 1027 seriya ssenarisi yazılıb.

Nərmin


Müəllif:

Oxşar xəbərlər