"Kreml hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin həllində ehtiyatlı optimizm nümayiş etdirmək olardı".
Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşünü şərh edərkən deyib:
"Biz ümid etmək istəyirik ki, bu görüş sabit atəşkəsin davam etdirilməsinə imkan verəcək".
Peskov qeyd edib ki, Rusiya XİN münaqişənin həlli istiqamətində səylərini davam etdirəcək.
Xatırladaq ki, dünən Avstriyada Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarqsyan arasında görüş baş tutub. Danışıqlarda ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupunun həmsədrləri Ceyms Uorlik, İqor Popov və Pyer Andriyo, həmçinin Rusiya və Fransanın xarici işlər nazirləri Sergey Lavrov və Jan-Mark Eyro, ABŞ-ın dövlət katibi Con Kerri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak edib.
Samir