2 İyun 2016 18:06
530
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında hava nəqliyyatı haqqında" 2016-cı il aprelin 6-da Bakı şəhərində imzalanmış sazişi təsdiq edib.

Dövlət başçısı, həmçinin Azərbaycan Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında" 2016-cı il martın 14-də Pekin şəhərində imzalanmış Memorandumu və "Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında onların diplomatik və xüsusi pasportlara malik müvafiq vətəndaşları üçün viza tələbinin ləğv edilməsi haqqında Sazişdə dəyişikliklər edilməsi barədə" 2016-cı il martın 8-də Bakı şəhərində imzalanmış Protokolu təsdiq edib.


Müəllif:

Oxşar xəbərlər