2 Sentyabr 2014 23:09
966

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 2-də Azərbaycana rəsmi səfərə gəlib.

Teleqraf.com-un xəbərinə görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıb.


Müəllif: