20 Sentyabr 2015 18:29
611
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Yunanıstan sahillərində göyərtəsində 46 qaçqının olduğu qayıq batıb.

"Report" xəbər verir ki, hazırda sahil mühafizə xidməti itkin düşən 26 nəfərin axtarışı ilə məşğuldur.

Qayığı Xarici Sərhədlərə Nəzarət üzrə Avropa Agentliyinin vertolyotu aşkar edib. Hadisə yerinə iki gözətçi gəmisi cəlb olunub və 20 nəfər xilas edilib.

Qayıq sərnişinlərinin milliyəti barədə məlumat yoxdur.


Müəllif: