3 Yanvar 2016 21:35
1 148
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən daha birinin meyiti yanvarın 3-də Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilib.

Fövqaladə Hallar Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Xəzəryanı ölkələrin müvafiq qurumlarına müraciətindən sonra aparılan axtarış-xilasetmə işləri zamanı Xəzər dənizinin Türkmənistan sahillərindən 65 km uzaqlıqda “Kursor” gəmisi kişi cəsədi aşkar etmişdir.

Dərhal yaxınlıqda olan Türkmənistana məxsus “Topaz Leqenda” gəmisinə məlumat ötürülmüş və cəsəd borta alınaraq Kiyanlı dəniz limanına aparılmışdır. Cəsədin üzərində olan xilasedici qeyimində “Azneft“ yazısı müəyyən edilmişdir.

Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılmış, boru kəməri zədələnmiş və yanğın baş vermişdir. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. Hazırda 9 nəfərin cəsədi tapılıb, 21 nəfərin axtarışı davam etdirilir.

21.35

“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşən neftçilərdlən daha birinin cəsədi Türkmənistan sahillərində tapılıb.

Trend-ə yanğınla əlaqədar yaradılmış xüsusi qərargahdan verilən məlumata görə, cəsədin şəxsiyyəti hələ ki məlum edilməyib.

Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılmış, boru kəməri zədələnmiş və yanğın baş vermişdir. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib.


Müəllif: