9 İyun 2016 14:37
878
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Son vaxtlar Azərbaycan rəsmiləri ilə Çeçenistan nümayəndələri arasında təmaslar artıb. Ramzan Kadırov Cənubi Qafqazın ən varlı ölkəsi Azərbaycanın Çeçenistana investisiya qoymasını istəyir. Rusiya prezidenti Vladimir Putin neft sahəsində Kadırova xeyli səlahiyyət verib. Kadırov Çeçenistanda çıxarılan neftə sahib olacaq. Bu mənada Çeçenistan SOCAR-la əməkdaşlıqda maraqlı ola bilər. Kadırov Putinə ən yaxın fiqurlardandır. Bu mənada Putin də Azərbaycanın Dağıstana və Çeçenistana investisiyalarını artırmasında maraqlıdır”.

Teleqraf.com xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu bildirib.

E.Şahinoğlu qeyd edib ki, rəsmi Bakı Dağıstan və Çeçenistanla siyasi və iqtisadi əlaqələri genişləndirmək qarşılığında Putinin Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə marağının artacağına ümid edir: “Ancaq rusiyalı və şimali qafqazlı rəsmilər bir tərəfdən Azərbaycanla iqtisadi və ticarət əməkdaşlığının genişlənməsini istəyərkən, digər tərəfdən Azərbaycanın kənd təssərrüfatı məhsulları Rusiya ilə sərhəddə günlərlə saxladılır və mallar xarab olur. Görünür, Rusiya daxilində Azərbaycanla əməkdaşlığa birmənalı yanaşma yoxdur, şimal qonşumuzda ikitirəlikdir, əməkdaşlığa mane olmaq istəyənlər də var.

Əgər Çeçenistan və Dağıstan rəhbərləri Azərbaycanla əməkdaşlığı genişləndirmək istəyirlərsə həmin pozucu qüvvələrlə mübarizə aparmalıdırlar”.

Qeyd edək ki, iyunun 8-də Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının deputatı, Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun şəxsi nümayəndəsi Adam Delimxanov Bakıda səfərdə olub. Səfər müddətində o, Prezident İlham Əliyev tərəfindən qəbul edilib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər