29 İyun 2016 18:41
462
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ-ın Ermənistanda səfiri olmuş Con Evansın Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qeyri-qanuni səfəri növbəti təxribat əməlidir. O, ABŞ erməni lobbisinin diktəsi altında və müəyyən maliyyə maraqları müqabilində bu qərəzli addımı ilə xüsusilə indiki həssas durumda qəsdən vəziyyətin gərginləşdirilməsinə cəhd göstərir”.

Teleqraf.com xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev qeyd edib ki, C.Evansın kriminal mənşəli irqçi və radikal erməni lobbi təşkilatı olan Amerika Erməni Milli Komitəsi ilə uzunmüddətli sıx əlaqələri heç kimə sirr deyil: “ABŞ-ın Ermənistanda səfiri olarkən vəzifəsindən sui-istifadə edən bu şəxs qatı ermənipərəst və irqçi mövqeyi ilə seçilib, təmsil etdiyi ölkənin deyil, daha çox erməni lobbisinin maraqlarından çıxış edib. Qeyri-peşəkarlığa və yol verdiyi xidməti qüsurlara görə vaxtından əvvəl səfir vəzifəsindən geri çağrılıb. Onun adı arzuolunmaz şəxslər siyahısına daxil ediləcək”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər