Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinin xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsi üzrə bəyanatla çıxış ediblər.
XİN rəhbərləri bəyanatlarında Vyana və Sankt-Peterburqda əldə edilən razılaşmalara, eləcə də vasitəçilərin səylərinə dəstəklərini ifadə ediblər.
Bəyanatda deyilir: "ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları, BMT-nin Nizamnaməsi, Helsinki Yekun Aktının müddəaları əsasında nizamlanması üzrə səylərini dəstəkləyirik". (“Trend”)