“Saxta ittihamlarla və gülənçilərin prokurorları vasitəsilə "Balyoz" və "Ergenekon" adıyla yüzlərlə namuslu hərbçi tutulanda bircəciyi də xaricə qaçmaq təşəbbüsündə bulunmadı, xaricdə olanı da gəlib məhkəməyə təslim oldu, çünki vətənə, millətə - Atatürk prinsiplərinə sadiq idilər”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.
Politoloq əlavə edib ki, FETÖ-ya bağlı namussuzların isə həbsdən qorxaraq qaçmadıqları yer qalmayıb:
“Başçıları isə Amerika qəzetlərində məqalələr yazaraq Vaşinqtona yalvarır ki, amandır, məni Türkiyəyə təhvil verməyin. Mənə yenə kimsə "yaxşı təhsil verirdilər" nağılını xatırlatmasın. "Yaxşı təhsil" verdiklərinin əksəriyyətinin Türkiyədə 15 iyulda hansı xəyanətkar planı həyata keçirmək istədiklərini gördük”.
Bəkir