8 Avqust 2016 22:14
639
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Birgə bəyannamədə terrorizmə qarşı mübarizə sahəsində səylərin birləşdirilməsinin vacibliyi qeyd edilib. Üçtərəfli mexanizmin əldə edilməsinə dair qərar verilib. Bu format Xəzər dənizinin statusunun müəyyənləşməsi baxımından da vacibdir”.

Bu sözləri Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşünün yekunu ilə bağlı keçirilən mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Xəzərin hüquqi statusu barədə danışan nazir bildirib ki, bu yay Astanada xarici işlər nazirlərinin görüşündə Xəzərin hüquqi statusu barədə Konvensiyanın yekunlaşması barədə qərar qəbul edilib: “Bununla bağlı sammit Qazaxıstanda keçiriləcək. Bugünkü görüşdə razılığa gəlinib ki, bu istiqamətdə işlər davam etdirilsin”.

/APA/


Müəllif:

Oxşar xəbərlər