15 Sentyabr 2016 13:35
569
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Milli Şuranın keçirdiyi aksiya mənasız, uğursuz bir tədbir idi. Belə tədbirləri nə qədər çox keçirsələr, özlərini bir o qədər çox biabır edəcəklər”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə sentyabrın 11-də keçirilən mitinqə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, mitinqlər alınan pulların silinməsinə xidmət edir: “Alınan pulların hesabatını vermək lazımdır, ya yox?! Bir insan işləmirsə, ancaq uşaqlarını xaricdə oxutdurursa, cangüdənlərlə gəzirsə, hardandır bu pullar?”

Partiya sədri hesab edir ki, Konstitusiyaya əlavə və dəyişikliklər çox vacibdir: “Konstitusiya daş deyil və orada vaxtaşırı dəyişikliklər etmək lazımdır. Təklif edilən dəyişikliklər içərisində çox mühüm bəndlər var. Referendum keçirilməsi həyatın tələbidir. Məsələn, bizdə böyük torpaqlar istifadə olunmur. İndiyədək özəlləşdirilib istifadə olunmayan torpaqların dövriyyəyə buraxılması vacib məqamdır. Bundan başqa bir seçkidən sonra nəfəsimizi dərməmiş növbəti seçkilər gəlir. Dayanmadan seçki ilə məşğuluq, fasilə verib iş də görmək lazımdır. Əvvəllər yaş məhdudiyyəti olanda hamı bunu antidemokratik amil sayırdı, indi yaş məhdudiyyəti götürülüb qışqırırlar ki, bu, anti-demokratikdir. Yuxarı baxırsan bığ, aşağı baxırsan saqqaldır”.

A.Əlizadə Sosial Demokrat Partiyasının referendumu dəstəklədiyini və mitinqlərin əleyhinə olduğunu vurğulayıb.

Kəmalə


Müəllif:

Oxşar xəbərlər