16 Sentyabr 2016 15:38
592
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Milli Dövlətçilik Partiyası Milli Şuranın və ya Müsavat Partiyasının mitinqində iştirak etməklə bağlı qərar qəbul etməyib. Odur ki, partiya rəsmi şəkildə bu mitinqlərə qatılmır. Ancaq üzvlərimiz azaddırlar və biz onlara demirik ki, mitinqə get və ya getmə”.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı deyib.

Pənahlı bildirib ki, şəxsən özü sentyabrın 11-də keçirilən mitinqdə iştirak etməyib: “Mənim özümün bəzi işlərim var, eləcə də problemlər mövcuddur. Başım bu məsələlərə qarışdığı üçün həmin tədbirə getməmişəm”.

Pənahlı qeyd edib ki, bundan sonra keçiriləcək mitinqlərdə iştirak etməyəcək: “Bir daha qeyd edim ki, müəyyən işlər və problemlər var. Hazırda bu işlə məşğulam və boş vaxtım yoxdur. Əgər boş vaxtım olsaydı, bu zaman gedib müşahidə aparardım”.

Partiya sədri əlavə edib ki, indiyə qədər mitinq keçirən partiyalarla əməkdaşlığı olmayıb: “Bunun kökü dərinə gedir. Mən təcrid olunan vəziyyətdəyəm, həbsdən təzə çıxmışam. Bizim AXCP və ya Müsavatla əməkdaşlığımız olmayıb. Həm də nəzərə almaq lazımdır ki, vaxtında onlar hakimiyyətdə, mənsə müxalifətdə olmuşam. Münasibətlərimizdə də problemlər olub. İndi bütün bunlar tarixdir”.

Nemət Pənahlı daha sonra deyib ki, həbsdən çıxdıqdan sonra Müsavat Partiyasının rəhbərliyi ilə görüşməyib: “Ancaq həbsdən çıxdıqdan sonra bir çox müsavatçı və cəbhəçi mənim yanıma gəlib. Çünki onlar vaxtında milli azadlıq hərəkatında iştirak etmiş insanlar olublar. Onların çoxu ilə şəxsi münasibətlərimiz olub, məni görməyə gəliblər və s. Lakin Müsavat rəhbərliyi ilə bizim söhbətimiz və ya görüşümüz olmayıb”.

CAVAD


Müəllif:

Oxşar xəbərlər