32 saylı Suraxanı üçüncü seçki dairəsinin 14 saylı seçki komissiyasında seçicilərin fəallığı müşahidə olunur.
Məntəqənin sədri Afər Mustafayev Teleqraf.com-a açıqlamasında bildirib ki, seçki məntəqəsində 1136 seçici qeydiyyatdadır: “Onlardan beş nəfəri ərizəylə müraciət edib, evlərinə daşınan qutu getməlidir. Müşahidəçilərdən də kim istəsə qutunu müşayiət edəcək. Referendum seçkiləri onların öz istəyinə əsasən evlərində keçiriləcək”.
Məntəqədə hələlik 200 nəfər referenduma seçkidə iştirak edib: “Seçkinin gedişatı normaldır. Heç bir qanun pozuntusu yoxdur”.
Məntəqə sədri xarici müşahidəçilərin olmadığını bildirib: “Yerli müşahidəçilərim isə var, onlar səhər saat 8-dən referendumu izləyirlər”.
Nərmin