30 İyun 2014 17:49
1 308
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan prezidenti İlham Əliyev “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli 749 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

Teleqraf.com-un prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, fərmanda qeyd olunub ki, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli 749 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, №8, maddə 499; 2002, №1, maddə 14; 2003, №10, maddə 571; 2006, №9, maddə 743; 2009, №4, maddə 226, №12, maddə 984; 2012, №7, maddə 680) 2-ci hissəsində dəyişikliklər edilsin.


1. İkinci abzasda “19-cu maddəsinin altıncı hissəsində” sözlərindən sonra “, 28-ci maddəsinin doqquzuncu hissəsində” sözləri əlavə edilsin.

2. Üçüncü abzasda “və 31-ci maddəsinin birinci hissəsində” sözləri “, 31-ci maddəsinin birinci hissəsində və 35-1-ci maddəsində” sözləri ilə əvəz edilsin”.

***

İlham Əliyev “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 955-IVQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.


Teleqraf.com xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 955-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqi təmin edilsin:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;


1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.


Müəllif: