3 Oktyabr 2016 14:34
800
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 17-də Cenevrədə BMT-nin İnsan Hüquqları Komitəsinin 118-ci sessiyası işə başlayacaq.

Teleqraf.com xəbər verir ki, Azərbaycan həmin sessiyada Mülki və Siyasi Hüquqlara Dair Beynəlxalq Pakt üzrə 4-cü dövri hesabatını təqdim edəcək.

Çoxsaylı alternativ hesabatlar içərisində Ermənistan QHT-lərinin hesabat sənədi də yer alıb.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov qeyd edib ki, paktın 19-cu maddəsinin Azərbaycan tərəfindən pozulmasından bəhs edən erməni QHT-ləri bütöv fəsli erməni xalqı qarşısında əvəzsiz xidmətləri olan Əkrəm Əylisliyə həsr ediblər: “Sağ olsunlar, Əkrəm Əylislinin xidmətlərini erməniyə xas olmayan qədirbilənliklə sənədə salıblar. Onun hüquqlarını müdafiə edirlər. Daha sonra bir neçə sətir də onların təbrincə ermənilərlə barış istəyən ictimai fəallara həsr ediblər”.

Erməni QHT-lərin hazırladığı fəsildə qeyd edilib ki, vətəndaş cəmiyyəti fəallarından Rauf Mirqədirov, Xədicə İsmayılova, Leyla Yunus və Arif Yunus ermənilərlə barışığa dəstək verdiklərinə və Ermənistan QHT-lərlə dialoqa cəhd göstərdiklərinə görə təqib olunublar.

Kəmalə


Müəllif:

Oxşar xəbərlər