30 İyun 2014 19:05
783
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Azərbaycan Partiyasının İcra katibliyi tərəfindən partiyanın 2013-cü il ərzində fəaliyyətini əks etdirən “Yeni Azərbaycan Partiyası – 2013” jurnalı nəşr edilib.

Teleqraf.com xəbər verir ki, jurnalda ötən ilin oktyabr ayında keçirilmiş prezident seçkilərinə xüsusi yer verilib. Seçki kampaniyası ərzində partiyanın tədbirləri və qələbə uğrunda həyata keçirilən möhtəşəm təbliğat kampaniyası öz əksini tapıb.

Nəşrdə ilk olaraq, Azərbaycan prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin partiyanın V Qurultayında və andiçmə mərasimindəki nitqləri verilib.

Jurnalda “9 oktyabr prezident seçkiləri: YAP-ın uğurlu seçki kampaniyası”, “Yeni Azərbaycan Partiyasının V Qurultayı: qələbəyə aparan yol”, “Azərbaycan 2013-cü ildə: sosial-iqtisadi nailiyyətlər”, “Heydər Əliyev: Böyük Azərbaycanlı”, “Yeni Azərbaycan Partiyası – regionun lider partiyası”, “Partiyanın beynəlxalq əlaqələri – yeni hədəflər, yeni imkanlar”, “YAP Qadınlar Şurasnın fəaliyyəti yeni mərhələdə” və “YAP Gənclər Birliyi – intellektual gənclik” bölmələrində həm ölkənin, həm də partiyanın 2013-cü il ərzində qazandığı nailiyyətlər geniş şəkildə əksini tapıb.

Səxavət


Müəllif: