11 Oktyabr 2016 15:08
900
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin səhhəti ilə bağlı məlumat yayılıb.

Teleqraf.com-un Qazaxıstan prezdenitinin rəsmi saytı olan "Akorda"ya istinadla verdiyi xəbərə görə, məlumatda deyilir: "Qazaxıstan prezidenti Nursultan Nazarbayev soyuqdəymədən müalicə alır".

***

Nursultan Nazarbayevin soyuqlaması xəbərini yayan "Ferqana" informasiya agentliyi əlavə edib ki, Qazaxıstan prezidentinin sağlıq durumu ilə bağlı ilk dəfə rəsmi məlumat verilir.

Qazaxıstan qanunvericiliyində ölkə prezidenti və onun ailə üzvlərinin səhhəti, eləcə də onların şəxsi həyatı barədə məlumatlar dövlət sirri hesab olunur.

Cinayət Məcəlləsinin müvafiq maddəsinə görə, dövlət sirrini yayan şəxsi 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

MAHİR


Müəllif:

Oxşar xəbərlər