Müsavat Partiyasının başqanı Arif Hacılı Almaniyaya gedib. Teleqraf.com xəbər verir ki, bu haqda Müsavata yaxın şəxslər bildirib. Səfərdə Arif Hacılını Müsavatın mərkəzi icra aparatının rəhbəri Gülağa Aslanlı və başqan müavini Yadigar Sadıqov müşayiət edir.
Arif Hacılının səfər zamanı kimlərlə görüşəcəyi, hansı şəhərdə olacağı hələlik bəlli deyil. Bəlli olan budur ki, Müsavat başqanı iki gün əvvəl Zaqatalaya gedib. Böyük ehtimalla başqan və müavinləri Tiflisdən Frankfurta uçublar.
NEMƏT