İordaniyanın Kralı II Abdullah Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Hörmətli cənab Prezident. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 25-ci ildönümü münasibətilə Zati-alinizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan qürur duyuram.
Xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı inkişaf və rifah arzu edirəm".