12 Noyabr 2016 13:38
546
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sirr deyil ki, Azərbaycan ABŞ-da respublikaçı administrasiyalarla daha yaxşı əlaqələr qurur və qarşılıqlı anlaşma daha yüksək səviyyədə olur”.

Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Respublikası Prezident Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib. O bildirib ki, ABŞ Demokratlar Partiyası insan haqları və demokratiya anlayışına xüsusi don geyindirərək öz məqsədləri üçün istifadə edir: “Mənim və heç kəsin etirazı yoxdur ki, insan haqları, demokratiya inkişafın əsas yolu olmalıdır. Lakin güclü dövlət bundan öz məqsədləri üçün istifadə etdikdə, artıq o, qarşısına qoyduğu məqsədə çata bilmir və bilməz də. Demokratlar bundan ifrat istifadə edirlər. Respublikaçılarla isə iqtisadi, siyasi, təhlükəsizlik maraqlarına üstünlük verirlər. Onlarla NATO çərçivəsində, böyük layihələrin həyata keçirilməsində daha yaxşı əməkdaşlıq edirik və qarşılıqlı anlaşma möhkəm olur”.

N. Məmmədov xatırladıb ki, Azərbaycan prezidenti İlham Əliyev Donald Trampa göndərdiyi təbrik məktubunda iki ölkə arasında 25 il ərzində yaxşı əməkdaşlıq əlaqələrinin olduğunu diqqətə çatdırıb: “Bütün sahələrdə yaxşı əməkdaşlıq etmişik. Bir sıra sahələrdə əməkdaşlığımız strateji səviyyəyə qalxıb. Bu illər ərzində təbii ki, müəyyən problemlər də olub. Düşünürük ki, əlaqələrimiz və əməkdaşlığımız daha inkişaf edəcək. Bunun üçün əlimizdə yaxşı mövqe və arqument var. Münasibətlərimizin pis olmasına səbəb yoxdur. Münasibətlərin bazası yaxşıdır. Əlavə üstünlük odur ki, respublikaçılarla münasibətlər həmişə yaxşı olur. Mənfi cəhət isə odur ki, indiki administrasiyanın dövlət katibi bir qədər əvvəl Amerikanın həmsədr kimi mövqeyini ifadə edən normal bəyanat vermədi. Bu, bir insan kimi onun 1990-cı ildəki mövqeyində qaldığını göstərir və çox pisdir. Qarabağ məsələsi ilə bağlı dövlət katibinin mövqeyi mənfi, məkrli mövqe oldu. Bu baxımdan Azərbaycan prezidentinin məktubunda münasibətlərin yüksək səviyyəsi vurğulanmaqla yanaşı, ABŞ-ın həmsədr ölkə kimi münaqişənin həllinə öz töhfəsini verməyə borclu olduğu mesajı ötürülür”.


Müəllif:

Oxşar xəbərlər