9 Fevral 2017 18:56
512
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanda hakimiyyətdə olan hərbi xunta Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı deyil. Çünki bununla Sərkisyan rejimi öz mövcudluğunu və korrupsioner sistemini qoruyub saxlayır”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, bu amil sadə Ermənistan vətəndaşları üçün böyük fəlakət mənbəyidir. Çünki Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu səbəbindən işğalçı Ermənistan regionda bütün layihələrdən təcrid olunub: “Sərkisyan rejimi isə Ermənistanın yox, öz gələcəyini düşünür. Sərkisyan üçün Ermənistan vətəndaşlarının durumundan çox öz şəxsi ambisiyaları daha önəmlidir, ona görə də o, sərhədlərin bağlı qalmasına və ölkəsinin tənəzzülə uğramasına səbəb olan Dağlıq Qarabağ münaqişəsinin həllini istəmir”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər