13 Fevral 2017 17:41
635
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Şahin Mirzəyevin Müsavat Partiyasına heç bir aidiyyəti yoxdur. O, əvvəllər qısa müddət Müsavat Partiyasının üzvü olub, 2014-cü ildə partiyadan xaric edilib”.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Müsavat Partiyası başqanının müavini Elman Fəttah Ermənistandan müvəqqəti sığınacaq istəyən Talış Mədəniyyət Mərkəzinin İdarə Heyətinin üzvü və “Tolişi Sado” qəzetinin əməkdaşı Şahin Mirzəyevin Müsavat Partiyasının üzvü olduğu barədə iddialara cavab olaraq deyib.

Onun sözlərinə görə, Şahin Mirzəyev həm ictimai, həm də partiyadaxili məsələlərdə Müsavat nizamnaməsinə, proqramına və siyasətinə uyğun davranmadığı üçün rayon təşkilatının müzakirəsi nəticəsində partiyadan uzaqlaşdırılıb: “İndi onun Müsavat Partiyası ilə hansısa formada əlaqələndirilməsi doğru deyil. Onun Azərbaycanda üzv olduğu mədəni birlik və təşkilatların adının hallanmasının heç bir əsası yoxdur.

Şahin Mirzəyevin Ermənistandan sığınacaq istəməsini etnik müstəvidə təqdim etmək də yanlışdır. Onun addımı bütövlükdə Azərbaycana, vətəndaşı olduğu dövlətə xəyanətdən ibarətdir. Atdığı addım nə ailə, nə etnik, nə də siyasi mənsubiyyəti ilə müəyyən olunan məsələdir. Bu, onun dövlət, vətəni qarşısında xəyanət addımıdır. Ağıllı insanlar onun addımını təxminən bu müstəvidən dəyərləndirirlər”.

Qeyd edək ki, “Tolışi Sədo” (“Talışların səsi”) qəzetinin baş redaktoru Hilal Məmmədov bildirib ki, heç vaxt Şahin Mirzəyev adlı jurnalisti olmayıb.

“Tolışin Sədo” (“Talışların səsi”) qəzetinin baş redaktoru Rafiq Cəlilov isə deyib ki, Şahin Mirzəli (Mirzəyev) 2015-ci ildə ictimai əsaslarla bu nəşrin müxbiri olub. Amma 2016-cı ildə o, “Tolışin Sədo” nəşrinə abunəlikdən imtina etdikdən sonra onunla əməkdaşlığa son verilib. Onun sözlərinə görə, Mirzəli heç vaxt "Tolışin sədo" qəzetində nəşrlərinə görə təqibə məruz qalmayıb.

21 mart 1960-cı il təvəllüdlü Şahin Mirzəyev əslən Lerik rayonun Kəlvəz kəndindəndir. Əvvəllər Müsavat Partiyasının üzvü olan Şahin Mirzəyev partiyadan ayrılması səbəbini guya etnik ayrı-seçkiliklə üzləşməsi kimi izah edib.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər