Fevralın 18-də Azərbaycan Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Avrasiyada əməkdaşlıq və problemlər mövzusuna həsr olunan panel-müzakirədə iştirak edib.
Teleqraf.com xəbər verir ki, tədbirdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak ediblər.
Dövlət başçısı panel-müzakirədə çıxış edib, daha sonra sualları cavablandırıb.